Qalaaltı mineral suyu Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsi zamanı və başqa məqsədlərlə yeməkdən sonra (adətən, nahar və şam yeməyindən sonra) qəbul edilən təbii müalicəvi süfrə suyudur.
Şabran ray. mərkəzinin 20 kilometrliyində Qalaaltı kəndindən yuxarıda, dağətəyi meşələrdə yerləşən mənzərəli yerlərdən birində 1969-cu ildə yeni mineral su bulağı tapılmışdır. Yerli sakinlər bu suyu "NaftSu" adlandırır. Mənası Neftli sudur. "NaftSu" güclü qoxuya və dada malik olması ilə fərqlənir. Aşağı minerallaşma (0,78 qr/l-dək) və zəngin üzvi maddəli tərkibi (8,35-23,8 mq/l) sayəsində, su kiçik konkrementlərin böyrəklərdən, sidik ifrazı və öd ifrazı yollarından çəkilməsini stimullaşdırır, sidik və ödün litogenliyini (daş əmələ gətirməyə meylini) azaldır, maddələr mübadiləsini normallaşdırır. İltihab əleyhinə effektə malikdir. O, orqanizmdə maddələr mübadiləsini normallaşdırır, habelə, qan və sidiyə qələviləşdirici təsir göstərir, əmələ gələn sidik turşusu miqdarını azaldır və onun orqanizmdən çıxarılmasına səbəb olur, mədə şirəsinin turşuluğunu azaldır, hüceyrə membranlarının keçiriciliyini azaldır, qanamanı azaldır, iltihab əleyhinə təsir göstərir, diurezi artırır, orqanizmdən artıq mayeni çıxarır. Qalaaltı suyu sidik daşı xəstəliyinin müalicəsi zamanı müxtəlif formada istifadə olunur. O, həm tərkibinə, həm də insan orqanizminə göstərdiyi fizioloji təsirə görə orijinaldı.
MÜALİCƏ
"QALAALTI SANATORİYASINDA" AŞAĞIDAKI XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ APARILIR:
Qalaaltı tibb mərkəzi
Tibb mərkəzi müasir laboratoriya və avadanlıqlarla təchiz olunub. Bu da ixtisaslı müalicə aparmağa və müalicə prosesini həyata keçirməyə imkan verir. Əsas müalicə aşağıdakı xəstəliklər zamanı aparılır (müalicə profilaktika məqsədilə də aparıla bilər):
Böyrək və sidik yolları xəstəlikləri
Həzm sistemi xəstəlikləri
Digər xəstəliklər
Qonaqlarımız aşağıdakı prosedurlardan keçə bilərlər: