OTAQ

SEÇ

Ultrayüksək təzlikli (UYT) Terapiya



PROSEDURUN TƏSVİRİ

UYT terapiya (ultrayüksək tezlikli terapiya) elə bir fizioterapevtik müalicə metodudur ki, bu metodda ultrayüksək tezliyə malik elektromaqnit sahələr istifadə olunur. UYT terapiya, bir növ, istiliklə müalicədir. Bu müalicə zamanı xüsusi avadanlığın köməyi ilə insan toxumalarına və orqanlarına nüfuz edilir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Prosedurun keçirilməsi üçün ilkin hazırlıq tələb olunmur. Paltarını çıxarmadan, xəstə yanı üstünə taxta (mütləq!) yatağa uzadılır. Lövhələr bərkidilir, spirtli məhlulla emal edilir və bilavasitə olaraq lazımı nahiyəyə yaxınlaşdırılır. Daha sonra lövhələr köndələninə, uzununa, tangensial (bir müstəvidə) şəkildə elə yerləşdirilir ki, onlar arasında altı santimetrə qədər ümumi aralıq mövcud olsun. Bu, enerjinin yayılma dərəcəsini azaldır və prosedurun effektivliyini artırır. Daha sonra isə elektromaqnit axın dozası seçilir. Bu doza xəstənin hiss etdiyi istilikdən və cihazın çıxış gücündən asılı olur.

UYT terapiya proseduru 5 dəqiqədən 16 dəqiqəyədək olan müddət ərzində davam edir. Müalicə kursu 10 və ya 15 senasdan ibarətdir. Bu seanslar ya bir gündən bir, ya da hər gün keçirilir.

GÖSTƏRİŞLƏR

  • Dəri iltihabı, o cümlədən, irinli iltihabı;
  • Dayaq-hərəkət aparatı xəstəlikləri;
  • Tənəffüs sistemi orqanlarının iltihabı;
  • Periferik sinir sistemində patoloji proseslər;
  • Mədə-bağırsaq yolunda iltihab prosesləri;
  • Ginekoloji xəstəliklər.

ƏKS GÖSTƏRİŞLƏR

  • Orqanizmin UYT dalğalarını qəbul etməməsi;
  • irinləmələr;
  • qanaxma riskləri;
  • mədəaltı vəzisi xəstəlikləri;
  • hamiləlik zamanı;
  • qan dövranı çatışmazlığı (3 mərhələdə),
  • bədxasəəli törəmələr;
  • miokard infarktı (kəskin mərhələ),
  • diabetik retinopatiya (4 dərəcə),
  • stenokardiyalı ürək işemiyası,
  • insult,
  • qan xəstəlikləri,
  • quraşdırılmış elelktrostimulyatorlar,
  • nəm cuna və gips sarğıları,
  • damarların, sinirlərin yaxınlığında yerləşən metaldan olan yad cismlər.

PROSEDURUN NƏTİCƏLƏRİ

UYT-nin elektrik sahəsi iltihab ­əleyhinə təsir göstərir, zədələnmiş toxumaların regenerasiyasını stimullaşdırır, damar, əzələ spazmlarını aradan qaldırır, ağrını yox edir.

REZERV ETMƏK