OTAQ

SEÇ

Fizioterapiya-Şarko Duşu



PROSEDURUN TƏSVİRİ

Bu, kosmetoloji, müalicə və reabilitasiya məqsədləri ilə uğurla istifadə olunan hidroterapiya metodudur. Şarko duşu insan orqanizminə bir çox müsbət təsir göstərir. Su temperaturunda fərqlər canlandırır və ümumi gücləndirici təsir göstərir. Bundan əlavə, duş hipotolomo-hipofizar sistemin fəaliyyətini stimullaşdırır ki, bununla da endokrin sistemin bir çox orqanlarının fəaliyyətini yaxşılaşdırır.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Pasiyent arxasında proseduru həyata keçirən insanın durduğu duş kafedrasından 3-4 m məsafədə durur. Əvvəlcə, onun bədəninə yelpiklə, daha sonra isə axınla su axını verilir. Əvvəlcə, bədənin qabaq hissəsinə, daha sonra isə yan və arxa hissələrinə təsir göstərilir. Təsir ayaqdan başa doğru istiqamətdə göstərilir, bu zaman axının başa, onurğa sütununa, süd vəzilərinə və cinsiyyət orqanlarına düşməsindən qaçmaq lazımdır.

Növbə ilə hər ətrafa, iri damarlar gedişi ilə təsir göstərilir, daha sonra axın qarına istiqamətləndirilir (saat əqrəbi istiqamətində). İlk prosedurlar zamanı suyun temperaturu 36-40°С təşkil edir, lakin bu göstərici tədricən azaldılır və müalicə kursunun sonunda 20°С-dək çatdırılır.

Şotland duşu zamanı axındakı suyun temperaturu eyni prosedur ərzində bir neçə dəfə dəyişdirilir.

Şarko duşu birinci seanslarda 1-2 dəqiqədən müalicə kursunun sonunda 5-7 dəqiqəyədək olan müddət ərzində davam edir. Hər növbəti prosedurda suyun temperaturu azaldılır, axındakı təzyiq isə, əksinə, artırılır.

Bir kursun payına düşən prosedur sayı, xəstənin orqanizminin prosedurları qəbul etməsi dərəcəsindən və göstərişlərdən asılı olaraq, 12-15 təşkil edir.

GÖSTƏRİŞLƏR

  • xroniki yorğunluq sindromu;
  • depressiya;
  • nevrozlar;
  • xroniki stresslər;
  • sümük-oynaq aparatı xəstəlikləri (artrit, osteoartroz, osteoxondroz);
  • əzələ xəstəlikləri;
  • maddələr mübadiləsinin pozulması, xüsusilə, piylənmə;
  • vegetativ damar distoniyası;
  • allergik xəstəliklər.

ƏKS GÖSTƏRİŞLƏR

  • kəskin mərhələdə olan yoluxucu xəstəliklər;
  • qeyri-yoluxucu xarakterli aktiv iltihab prosesləri;
  • tromboflebit;
  • aşağı bədən çəkisi;
  • II və III mərhələ hipertoniya xəstəliyi;
  • anamnezdə infarktlar və insultlar;
  • böyrək xəstəlikləri;
  • dəri xəstəlikləri (irinlik xəstəlikləri, ekzema və s.);
  • onkopatologiya;
  • Artım tendensiyası olan xoşxassəli yenitörəmələr;
  • yüksək qanaxma riskli xəstəliklər;
  • istənilən müddətdə hamiləlik;
  • menstruasiya.

PROSEDURUN NƏTİCƏLƏRİ

Şarko duşu insan orqanizminə bir çox müsbət təsir göstərir.

"Zərbə ilə" vurulan su axınının təsiri altında damarlarda qan və limfa axını aktivləşir, fəaliyyətdə olan kapillyarların sayı artır, nəticədə, qan orqanları daha yaxşı qidalandırır, habelə, onları oksigenlə və tam həyat fəaliyyəti üçün zəruri olan maddələrlə təchiz edir.

Su temperaturunda fərqlər canlandırır və ümumi gücləndirici təsir göstərir. Suyun temperaturundan asılı olaraq, "zərbə ilə" vurulan axın köndələn-zolaqlı (skelet) əzələlərinin və qan damarlarının tonusunu artırır və ya azaldır, mərkəzi sinir sistemində baş verən prosesləri oyadır və ya ləngidir, arterial təzyiqi artırır və ya azaldır.

Bundan əlavə, duş hipotolamo-hipofizar sistemin fəaliyyətini stimullaşdırır ki, bununla da orqanizmimizin endokrin sisteminin əksər orqanlarının fəaliyyətini yaxşılaşdırır.

Ağrını kəsir, iltihab simptomlarını azaldır, maddələr mübadiləsini sürətləndirir, immun sistemini aktivləşdirir, detoksikasiya effekti göstərir – hüceyrələrdən onların mübadiləsi məhsullarının çıxarılmasına səbəb olur, uğurla selülitlə mübarizə aparır.

Şarko duşu qəbul edilərkən, orqanizmdə regenerasiya (özünü bərpaetmə) prosesləri "oyanır"– bu cür prosedurlar kursundan sonra pasiyentlər özünü cavanlaşmış və enerji ilə dolu hiss edirlər.

PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ

"GÖZƏLLİK PAKETİ"