OTAQ

SEÇ

DUZ OTAĞI



PROSEDURUN TƏSVİRİ

Haloterapiya duz otağında oturma prosedurudur ki, bu prosedur zamanı insan çox xırda duz hissəcikləri ilə zəngin olan hava ilə nəfəs alır. Haloterapiya orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, habelə, keçirilmiş tənəffüs orqanları xəstəliklərindən sonra profilaktika və reabilitasiya komplekslərində aktiv şəkildə istifadə olunur. Duz otağının atmosferi burun və burun boşluqları selikli qişalarının vəziyyətinin yaxşılaşmasına ən yaxşı şəkildə səbəb olur. Prosedur tütün çəkməyi atmış insanlara, tənəffüs sisteminin bərpa edilməsi üçün tövsiyə olunur. Haloterapiyanın relaksasiya və sakitləşdirici təsiri stressin öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir. 

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Metod xüsusilə LOR xəstəlikləri, tez-tez baş verən soyuqdəymə xəstəlikləri və, ümumilikdə, tənəffüs orqanları ilə problemlər zamanı effektiv olur. Həmçinin, speleoterapiya sinir pozuntuları zamanı, həyəcanlanma və stress səbəbi ilə yuxu ilə problemlər olduğu zaman göstərişli olur.

Pasiyentlər xüsusi mikroiqlimin yaradıldığı duz otağında otururlar. Bu iqlimdə allergenlər yoxdur və havanın ionlaşması dərəcəsi yüksəkdir. Məhz yüksək ionlaşma dərəcəsi xəstəlik törədən mikroorqanizmlərlə mübarizə aparır və ümumi bakterisid effekt göstərir. Speleoterapiya istənilən yaşda olan pasiyentlərə göstərişlidir. 

GÖSTƏRİŞLƏR 

  • bronxial astma;
  • bronxit və digər tənəffüs orqanları xəstəlikləri;
  • hipertoniya xəstəliyi;
  • dəri xəstəlikləri;
  • oynaq xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏR

  • ağır hipertoniya xəstəliyi;
  • tənəffüs orqanlarının ciddi zədələnmələri;
  • ürək çatışmazlığı;
  • kəskin iltihab prosesləri;
  • onkoloji xəstəliklər.

PROSEDURUN NƏTİCƏLƏRİ

  • immunitetin ümumi olaraq möhkəmlənməsi;
  • tənəffüsün və dəri örtüklərinin vəziyyətinin yaxşılaşdırılması;
  • allergiya əlamətlərinin azaldılması;
  • ümumi vəziyyətin yaxşılaşdırılması, qıcıqlanmadan xilas olma; yuxu keyfiyyətinin yaxşılaşdırılması, stressin və qıcıqlanmanın azaldılması.

REZERV ETMƏK