OTAQ

SEÇ

İnhalyasiya



PROSEDURUN TƏSVİRİ

İnhalyasiya yuxarı və aşağı tənəffüs yollarının (ağ ciyər, bronxlar) dərmanların təsiredici maddəni buxar molekullarına səpələyən nebulayzer vasitəsilə ciyərə alınması yolu ilə müalicəsi üsuludur. Bu üsul KRVİ-ni və onların ağırlaşmalarını, riniti, sinusiti, tonzilliti, bronxial astmanı və bir çox digər xəstəlikləri effektiv şəkildə müalicə etməyə imkan verir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

İnhalyasiyalar artıq bir neçə prosedurdan sonra lazımı effekt verəcək. Lakin nebulayzer vasitəsilə inhalyasiyanın necə edildiyini hər kəs bilmir. Bir sıra qaydalar var ki, onlara laqeyd yanaşaq olmaz:

  • inhalyasiyaya qida qəbulundan və ciddi fiziki yüklənmələrdən 1-1.5 saat sonra başlamaq lazımdır;
  • inhalyasiya terapiyası zamanı tütün çəkmək tövsiyə olunmur;
  • burun-udlaq, burun və ya burunətrafı boşluqların xəstəlikləri zamanı, maskadan və ya xüsusi taxmalardan istifadə edərək, nazal inhalyasiyanın keçirilməsi (aerozolu burundan ciyərə almaq daha yaxşıdır) tövsiyə olunur;
  • prosedurdan sonra ağızı otaq temperaturuna qədər soyudulmuş qaynadılmış su ilə yaxalamaq lazımdır. İnhalyasiya üçün maska istifadə edilmişdirsə, üzü və gözləri də yaxalamaq zəruridir;
  • inhalyasiyadan sonra 15-20 dəqiqə ərzində qida qəbul etmək, su içmək və danışmaq qadağandır;
  • dərman vasitələri ilə inhalyasiyaları sutkada 3 dəfəyədək həyata keçirmək lazımdır.

GÖSTƏRİŞLƏR

  • KRVİ, QRİP;
  • Bronxit;
  • Pnevmoniya;
  • Astma;
  • Vərəm;
  • İİV infeksiyaları;
  • Əməliyyatsonrası vəziyyətlərin profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR

  • Bədən temperaturunun 37,5 olması;
  • Müxtəlif ürək xəstəlikləri;
  • Qan dövranı sistemi xəstəlikləri;
  • Hipertoniya;
  • Ağciyər çatışmazlığı;
  • Preparatlara qarşı allergiya.

REZERV ETMƏK