PROSEDURUN TƏSVİRİ
Parafin terapiyası əridilmiş parafinin köməyi ilə istilik və applikasiyalar şəklində vurulma vasitəsilə müalicə üsuludur ki, nəticədə toxumalar dərindən isinir.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Parafin tez isinir və temperaturunu uzun müddət qoruyub saxlayır, habelə, istiliyi gec verir. Maye vasitə dəri nahiyəsinə vurulduğu zaman tez quruyur. Daha sonra istiliyin lazım olan təsir zonasına ötürülməsi baş verir. Parafin bilavasitə olaraq dəriyə, bir neçə layla vurulur, daha sonra lazım olan bədən hissəsi polietilenlə örtülür.
GÖSTƏRİŞLƏR
- Ağrı sindromu ilə müşayiət olunan bel xəstəlikləri (osteoxondroz, radikulit, lümbaqo, bel əzələlərinin gərilməsi).
- Xroniki formada tənəffüs sistemi xəstəlikləri (bronxial astma, xroniki bronxit, bronxoektatik xəstəlik, tez-tez baş verən pnevmoniyalar).
- Hipertoniya xəstəliyi
- Xroniki yorğunluq sindromu
- Selülit.
- Qarnın ön divar əzələlərinin möhkəmləndirilməsi.
- Baş ağrısı, gərginlik, miqren.
- Onurğa sütununun boyun hissəsinin osteoxondrozu
- Kökcük sindromu
- Servikalgiya
- Vegetativ damar distoniyası
- Onurğa sütununun döş hissəsinin osteoxondrozu.
- Tənəffüs orqanlarının xroniki xəstəlikləri (traxeobronxitlər, bronxial astma).
- Ağciyərlərdə durğunluq halları.
- Qabırğaarası nevralgiya
ƏKS GÖSTƏRİŞLƏR
- Dərinin bakterial, göbələk, virus infeksiyası.
- Allergik dermatitlər.
- Onkoloji xəstəliklər.
- Hipertoniya xəstəliyinin ağır forması.
- Qanaxmaya meyllik.
- Titrətmə qızdırma ilə müşayiət olunan kəskin yoluxucu xəstəliklər.
- Hamiləlik.
PROSEDURUN NƏTİCƏLƏRİ
Parafin applikasiyaları trofik, regenerativ prosesləri stimullaşdırır, əzələ spazmlarını, ağrını azaldır, çəkici iltihab əleyhinə təsir göstərir. Bərkidiyi (kristallaşdığı) zaman parafinin həcmi 10–12% azalır, bu zaman müəyyən toxumalara mexaniki (kompressiya) təsir göstərir.
✓"GÖZƏLLİK PAKETİ"