OTAQ

SEÇ

Fizioterapiya-Ozon terapiyası



PROSEDURUN TƏSVİRİ

Ozon terapiyası tibbin və kosmetologiyanın müxtəlif sahələrində istifadə olunur. 

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Ozon orqanizmə venadaxili olaraq, məhlul şəklində inyeksiya vasitəsilə, pasiyentin içdiyi distillə edilmiş suyun tərkibində, inhalyasiya, damcısalan vasitəsilə, rektal üsulla, ozonla zənginləşdirilmiş krem və yağların dəriyə vurulması yolu ilə, ozonlaşdırılmış su ilə dolu vannaların qəbul edilməsi ilə və başqa üsullarla yeridilir.

GÖSTƏRİŞLƏR 

  • ürək-damar sistemi xəstəlikləri
  • müxtəlif cərrahi müdaxilələrdən keçmiş, o cümlədən onkoloji xəstəliklərdən sonra xəstələrin əməliyyatöncəsi hazırlığı və əməliyyatsonrası reabilitasiyası
  • nevroloji xəstəliklər
  • mədə-bağırsaq yolu xəstəlikləri
  • ginekoloji və uroloji xəstəliklər
  • LOR xəstəlikləri 

ƏKS GÖSTƏRİŞLƏR

  • insult
  • hipertireoz
  • qıcolmalara meyllik;
  • orqanizmin ozonu qəbul etməməsi

PROSEDURUN NƏTİCƏLƏRİ

Ozon terapiyası orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır, immuniteti gücləndirir, patogen floranı məhv edir, qocalma proseslərini ləngidir.

Qazşəkilli ozonun dəriyə göstərdiyi təsiri nəticəsində, qan dövranı yaxşılaşır, bioloji aktiv maddələrin ifrazı artır, iltihablar zamanı orqanizmdə artıq dərialtı piyin yığılmasının qarşısı alınır. Ozon terapiyası urologiyada, nevrologiyada, ginekologiyada, kardiologiyada, ürək- damar, dəri və respirator xəstəlikləri zamanı istifadə olunur.

✓"ANTİALLERGİK MÜALİCƏ PAKETİ"