OTAQ

SEÇ

Termomasaj Çarpayısı



PROSEDURUN TƏSVİRİ

Masaj çarpayısının xüsusiyyəti xüsusi nefrit diyircəkləridir. Onlar toxumaları isidir və müalicəvi təsiri gücləndirir. Şərqdə bu üsul xəstəliklərlə mübarizə üçün istifadə olunurdu, onun vasitəsilə ağrı və iltihablar aradan qaldırılırdı. İsitmə əzələ toxumalarının dərinliklərinə nüfuz edən infraqırmızı şüalanma vasitəsilə həyata keçirilir.

Prosedur zamanı Miqun masaj çarpayısı insanın bioloji aktiv nöqtələrinə təsir göstərir. Məlum olduğu kimi, Şərqdə hesab olunur ki, xəstəlik orqanizmin həmahəng fəaliyyətinin pozulmasının nəticəsidir. Akupunktur təsirin sayəsində, sistem və daxili orqanların fəaliyyəti normallaşır. Bu da insanın sağalmasına səbəb olur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Termomasaj prosedurunu hər gün 1 – 3 dəfə, 30 – 50 dəqiqə ərzində, ən azı 4 saat fasilə verməklə, həyata keçirmək lazımdır. Yavaş-yavaş başlayırıq, gündə bir seans, lakin əvvəlcə mütləq həkimlə məsləhətləşirik!

GÖSTƏRİŞLƏR

  • əzələ toxumalarında qıcolma və ağrılar;
  • onurğa sütunu xəstəlikləri (skolioz, osteoxondroz, fəqərəarası disklərin düşməsi);
  • nevralgiyalar, nevritlər;
  • artritlər və artrozlar;
  • beyin qan dövranının pozulması;
  • baş beyin və ürəyin damar xəstəlikləri;
  • dəri xəstəlikləri;
  • artıq çəki;
  • kəskin və xroniki formalı stres əlamətlərinin aradan qaldırılması.

ƏKS GÖSTƏRİŞLƏR

  • onkoloji xəstəliklər
  • qan xəstəlikləri (leykozlar, anemiya)
  • yüksək temperaturlu kəskin iltihab xəstəlikləri
  • ürək-damar sisteminin dekompensasiyası: III–IV funksional sinif ÜİX, II—III funksional sinif kəskin ürək çatışmazlığı, III mərhələ arterial hipertenziya
  • şəkərli diabet dekompensasiyası
  • sidik daşı və öd daşı xəstəlikləri (yalnız 6-cı MTK proqramının yerinə yetirilməsi üçün əks göstərişlər: Qarın divarının masajı)
  • ağır görmə qabiliyyəti pozuntusu
  • bəzi dermatit növləri (irincikli dəri xəstəlikləri)
  • hamiləlik
  • əməliyyatsonrası dövr - 6 aya qədər, o cümlədən, onurğa sütununda - 12-24 aya qədər.
  • onurğa sütununda süni orqanlar, metal implantlar, kardiostimulyator

PROSEDURUN NƏTİCƏLƏRİ

  • Onurğa sütunu. Paisyentlərin əksəriyyəti müalicə kursundan sonra onlarda məhdudiyyət hislərinin yox olduğunu, bel, əl-ayaq ağrılarının aradan qalxdığını qeydə alır. Bundan əlavə, yuxu və iştaha xeyli yaxşılaşmış, habelə, iş qabiliyyəti yüksəlmişdir.
  • Oynaqlar. Terapevtik yatağın istifadə edilməsi sayəsində, pasiyentlərin əksər hissəsində yerli qan axınının güclənməsi, oynaqların vəziyyətinin yaxşılaşması, ağrı sindromunun və ətrafların ödemliliyinin azalması, hərəkət həcminin artması müşayiət edilmişdir.
  • Damarlar. Müalicə kursundan keçdikdən sonra, hipertoniya xəstəliyindən əziyyət çəkən xəstələr onlarda arterial təzyiqin normallaşdığını, yuxunun yaxşılaşdığını, habelə, ümumi əhval-ruhiyyənin artdığını qeydə alır.
  • Tənəffüs orqanları. Həkimlər bronxial astma, xroniki bronxit kimi xəstəliklərin reqressiv xüsusiyyətlərini müəyyən edir. Müalicədən sonra ağciyərlərin həcmi artır. Bu isə bütün insan orqanizminə xoş təsir göstərir.
  • Həzm yolu. Müalicə kursundan sonra xəstələrdə qarın boşluğu trofikası yaxşılaşmışdır. Nəticədə mədə xorası kimi xəstəlik belə tamamilə müalicə olunmuşdur. Bundan əlavə, qıcqırmanın, ağrıların yox olduğu müşahidə olunmuş, habelə, xroniki qastrit zamanı ağrılar azalmışdır.
  • Dəri. Termomasaj kursundan keçdikdən sonra psoriazdan əziyyət çəkən şəxslərdə psoriatik ləkələrin əmələ gəlməsi, habelə, ağrı sindromu və iltihab halları azalır.
  • Sidik-cinsiyyət sistemi. Müalicə kursundan keçdikdən sonra prostatit xəstələrində daha çox ağrıların və iltihab proseslərinin azalması, gecə diurezinin tamamilə aradan qalxması, habelə cinsi disfunksiyanın yox olması müşahidə olunur. Bundan əlavə, infraqırzmızı prosedurlara məruz qaldıqdan sonra, qadınlar qeyd edirdilər ki, onlar uşaqlıq boynu eroziyası, mioma, yumurtalıqların kistası, endometrit, sistit, uretrit və buna bənzər digər xəstəliklərdən qurtulublar. Kursdan sonra orqanizmin şlak və müxtəlif toksinlərdən təmizlənməsi sayəsində insanlarda böyrək fəaliyyətinin yaxşılaşması müşahidə olunmuş, bunun nəticəsi olaraq da, ödemlər tamamilə yox olmuşdur.
  • İmmunitet. Migun yatağının əmələ gətirə bildiyi infraqırmızı istilik əzələlərdə sirkulyasiyanın artmasına, habelə, oksigenin daxili orqanlara axınının artmasına səbəb olur. Nəticədə, insanda orqanizm hüceyrələrinin potensial enerjisi, immunoqlobulin səviyyəsi artır və orqanizm mənfi ətraf mühit amilləri ilə mübarizə apara bilir.

REZERV ETMƏK