OTAQ

SEÇ

Qastrit



Xr.Qastrit – mədənin selikli qişasının iltihabıdır. Səbəbləri qidalanma rejiminin təkrar və uzunmüddətli pozulması,acılı ,sərt yeməklərin,tərkibində spirtin miqdarı çox olan içkilərin,bəzi dərman preparatlarının uzunmüddətli kontrolsuz qəbuludur.Qastritin simptomları qarnın yuxarı hissəsində ağrı,ürək bulanması,qusma,iştahasızlıq,gəyirmə,yeməkdən sonra qarnın yuxarı hissəsində ağırlıq hissi,arıqlamadır.

Qalaalti da "Xr.Qastrit" müalicəsinin üstünlükləri.

Qalaaltı sanatoriyasında qonaqlara təyin olunan Qalaaltı Mineral suyunun tərkibində olan natriumbikarbonat yəni soda mədənin turşuluğunu azaldaraq,antiasid təsir edir.Suyun qəbulundan sonra xəstələrdə köpün,mədədə ağırlıq və yanğı hissinin itməsi baş verir.

Bundan əlavə sanatoriyamızda icra olunan fizioterapevtik proseduralar uzun müddət Qastrit şikayətlərindən qurtulmağa köməklik edir.

REZERV ETMƏK