Hipertoniya xəstəliyi - Arterial təzyiqin 140/90mm.c.sütdan yuxarı qalxmasıdır.Xəstəliyə duzlu və yağlı qida qəbulu,alkoqoldan istifadə,fiziki aktivliyin az olması,oturaq,stresli həyat tərzi,tütün çəkmə,şəkərli diabet səbəb olur.Xəstələr əsasən baş ağrıları,başgicəllənmə,ürəkdöyünmə,ümumi halsızlıqdan şikayət edir.
Qalaalti da "Hipertoniya xəstəliyi" müalicəsinin üstünlükləri.
Qalaaltı sanatoriyasında təzyiq xəstələri üçün bir çox proseduralar vardır ki,bunların içərisində xəstənin şikayətlərinə uyğun fərdi seçilmiş proqramlarla icra olunan proseduralar da daxildir.Bundan əlavə Qalaaltı sanatoriyasının havası digər sanatoriyalardan fərlidir ki,bu da klimatoterapiyanı icra etməyə də imkan yaradır .Beləki Sanatoriyamızın dəniz,dağ və meşə massivində yerləşməsi xüsusi bir harmoniya təşkil edir ki,bu da həm Ürək qan-damar sistemi xəstələrinə,həm də Şəkərli Diabet xəstələrinə çox effektiv təsir edir.