Xr.Bronxit - Bronx divarları selikli qişasının iltihabıdır.Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırır. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda Bronxial astma və Pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda bronxitlə xəstələnmə təhlükəsi xeyli artır.
Qalaalti da "Xr.Bronxit" müalicəsinin üstünlükləri.
Qalaaltı sanatoriyası Bronxial Astma,Xr.Bronxit,Xr.Haymorit,Xr.Faringit kimi xəstəliklərin müalicəsi üçün ən ideal məkandır.Burada havanın quru olması bu tip xəstələrə çox yaxşı təsir edir və aparılan fizioterapevtik müalicələrin də effektivliyini artırır.Sanatoriyamızda tənəffüs sistemi xəstəliklər üçün müxtəlif növ cihazlarla proseduralar icra olunur ki,bu da uzun müddət xəstələrin rahat nəfəs almasına səbəb olur.