Artroz- oynaqların kirəclənməsi,degenerasiya nəticəsində qığırdaq toxmasının yeyilərək dağılmasıdır.Əsasən ağrı, oynaqlarda tutulma, oynaqdan səs gəlməsi, hərəkətlərdə azalma və s. əlamətləri ilə xarakterizə olunur. Ağrı daha çox hərəkət nəticəsində olub istirahətlə keçir. Ancaq bəzi vəziyyətlərdə uzun müddət hərəkətsizlik sonrası tutulma baş verir və bu yarım saatdan çox davam edir.Yaranma səbəbləri əsasən metobolik pozulmalar,travmalar,endokrin və iltihabi xəstəliklərdir.
Qalaalti da "Artroz" müalicəsinin üstünlükləri.
Qalaaltı sanatoriyasında artrozun müxtəlif növləri müsbət nəticələrlə müalicə olunur.Həm böyük,həm kiçik oynaqlara uyğun olan müxtəlif növ proseduralarımız mövcuddur.Bundan əlavə parafin,ozokerit applikasiyaları oynaqlarda hərəkət məhdudluğu,ağrı kimi şikayətlərin ilk seansdan yaxşılaşmasına səbəb olur. Qalaaltı sanatoriyasında təyin olunan Qalaaltı mineral suyu mineral maddələrlə zəngin olduğundan orqanizmi Ca,Mg,Zn,Na və s.kimi elementlərlə təmin edir.Bu da sümük və qığırdaqların möhkəmlənməsinə səbəb olur.