OTAQ

SEÇ

“Mədə-bağırsaq müalicə paketi”

“Mədə-bağırsaq müalicə paketi”

Qəbizlik özlüyündə bir xəstəlik deyil, müxtəlif səbəblərdən meydana gələn simptomun adıdır. Bu hal müasir zamanda insanlarda ayaqüstü qidalanma, stressli yaşam tərzi, az hərəkətlilik, bəzi dərmanların uzun müddət qəbulu, metobolik pozğunluqlarla bağlı yaranır. Xroniki qəbizliyin yaratdığı xoşagəlməz hisslərdən qurtulmaq üçün “Qalaalti Hotel & Spa” bu 3 günlük müalicəvi paketi təklif edir.


Paket qiyməti 3 gün üçün 359 manatdan başlayır.
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunmuşdur.


Bu təklifə aşağıda qeyd edilən üstünlüklər daxildir:

  • Gözəl mənzərəli Superior otaqda gecələmə
  • Gündə 3 dəfə qidalanma
  • Həkim kurortoloq ilə konsultasiya
  • Spa və Sağlamlıq mərkəzi (qapalı və açıq hovuz, fitness mərkəzi, hamam, sauna)
  • Hidrokolon proseduru
  • Mikroklizma proseduru
  • Amplipuls proseduru
  • Ozokerit aplikasiyası
  • Masaj
  • Qalaaltı mineral suyunun təyinatı

Rezervasiya şərtləri:

Təklifin qiyməti 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd olunub.
Gündə 3 dəfə qidalanma Mənzərə restoranında təşkil olunur.
Rezervasiya otaq mövcudluğundan asılıdır
Təklif bayram tarixlərinə şamil olunmur
Oteldə standart ləğv qaydaları mövcuddur
Otel rəhbərliyi rezervasiya şərtlərini əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək hüququnu özündə saxlayır

Əlavə qonaqlar:

0-5 yaş – ödənişsiz
6-11 yaş – gecəlik 37 AZN (3 dəfə qidalanma daxil, müalicə və əlavə çarpayı xaric)
12+ yaş – gecəlik 80 AZN (3 dəfə qidalanma, əlavə çarpayı daxil, müalicə xaric)
12+ yaş – gecəlik 115 AZN (3 dəfə qidalanma, əlavə çarpayı daxil, müalicə daxil)

Rezervasiya və əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

  • *5445
  • www.galaalti.az
  • reservation@pmdhospitality.az