Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər.

Otaq tipi

Ümumiyyətlə:

  • 152 Superior French / Twin
  • 15 Junior Suite 
  • 4 Tree House  (3 mərtəbədən ibartdir. Superior və Suite otaqlar.)
  • 3 Villa (1 və 2 mərtəbədən ibarətdir. Lüks komfortlu otaqlar.)
  • 1 King Suite
     

  • “Qalaaltı Hotel & Spa ”- Bakıdan 120 kilometr məsafədə,  Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.
  • Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 157 superior, 16 suit və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda  müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər.
  • "Qalaaltı"  Tibbi-istirahət kompleksi nin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün  sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.   
  • "Qalaaltı"  Tibbi-istirahət kompleksində əvəzolunmaz sülh və əminamanlıq atmosferası hökm sürür. Əgər bu sizin arzu etdiyiniz şeydirsə onda  bizə müraciət edin və yeni formatda  istirahətin bütün faydalarından yararlanın

Qalaaltı haqqında

  • Kiçik şəhər Dəvəçi (indi Şabran adlanır) Azərbaycanın paytaxtı olan Bakıdan 122 kilomet aralıqda öz həyatını yaşayır. Dəvəçi sözünün mənası Dəvələri saxlayan adam deməkdir. Ancaq bu günlərdə burada dəvəyə rast gəlmək mümkün deyil, halbuki zamanında bu şəhər böyük karvanların əsas dayanacaq yeri olmuşdur. O Böyük Qafqaz silsiləsinin şimal-şərq hissəsində yerləşir.  Böyük hissəsi ilə bu ərazi yarısəhralıqdır və quru iqlimə malikdir, lakin dağətəyi sahələrdə iqlim mülayimləşir.  Dəvəçi rayonu şərq tərəfdən Xəzər dənizi ilə həmsərhəddir. Burada qumlu sahil rəvan olaraq yüksəkliklərə daha sonra isə meşə ilə örtülmüş dağlara keçid alır.  Dəvəçi meşələrinin ümumi sahəsi 21.5 min hektar təşkil edir.  Rayonun ərazisi mineral sular və palçıq vulkanları ilə zəngindir. Yerli meşələrin Zağlı Zeyvə adlanan ərazisində yeraltı neft ehtiyyatları da tapılmışdır. Dəvəçiyə getdigdə çoxlu sayda neft buruqları görmək mümkündür. Rayonun ərazisində iki tarixi-arxeoloji qoruq yerləşmişdir. Söhbət Dəvəçi haqqında gedəndə qeyri iradi Çıraqqala qalasını xatılrlayırsan.  Qalaaltı adlanan ərazi öz adını elə bu səbəbdən almışdır, çünki Çıraq qalasının altında yerləşir.

 Qalaaltı - Azərbaycanın  orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir.  Bura kristal şəffaflığında olan havası  ilə, xüsusi təbii gözəlliyə malik,  Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda  olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.

      Şabran ilə Bakı arasında avtobuslar, elektrik qatarı, marşrut taksiləri fəaliyyət göstərir. Bakıda beynəlxalq hava limanı mövcuddur.

Qalaaltının tarixi

”Dəvəçi rayonunun (idiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni neftli su deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir. Qeyd edək ki, keçən əsrin 80-ci illərinin sonunda - 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə təsirsiz ötüşməmişdir. Nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur. Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Həmin ərazilərdə nadir təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki pansionat və istirahət evlərində müvəqqəti məskunlaşdırılmışdır.

Prezident İlham Əliyev 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açır. Məhz bu proqram çərçivəsində 2015-ci ildə Qalaalti Hotel & Spa istifadəyə verilmişdir.


Diaqnostika və müayinə

  • Qalaaltı diaqnostik müalicəvi-reabilitasion kurort kompleksinin qüruru “Çiraq” tibb mərkəzidir. Burada müasir kurortologiya və fizioterapiya texnologiyaları beynalxalq tibbin nailiyyətləri ilə effektiv vəhdət təşkil edir. Mərkəzdə tibbi müayinə olunub gərkəkən müalicə ala bilərsiniz. 

Mütəxəssislər

“Qalaaltı”  kompleksində aşağıdakı mütəxəssislər qəbul keçirirlər:

  • Terapevt
  • Uroloq
  • Ginekoloq
  • Fizioterapevt
  • Nevropatoloq
  • Stomatoloq
  • Psixoterapevt
  • Rentgenoloq
  • Ultrasəs diaqnostika həkimi
  • Həkim- laborant
  • Həkim-dietoloq