OTAQ

SEÇ

Naftsu mineral suyu ilə müalicə üçün əks göstərişlər



I. Ümumi əks göstərişlər:

1. Kəskin mərhələdə olan bütün xəstəliklər, kəskin yoluxucu xəstəliklər və kəskin irinli proseslə ağərlaşmış xəstəliklər.

2. Kəskin və ya yoluxucu mərhələdə olan zöhrəvi xəstəliklər.

3. Psixi xəstəliklər və narkomaniyanın bütün növləri, xroniki alkoqolizm.

4. Kəskin mərhələdə və ya kəskinləşmə mərhələsində olan qan xəstəlikləri.

5. İstənilən mənşəli kaxeksiya.

6. Bədxassəli yenitörəmələr.

7. Müxtəlif mənşəli qanaxmalar, massiv və tez-tez təkrarlanır.

8. Aktiv mərhələdə olan bütün vərəm formaları.

 

II. Həzm sistemi xəstəlikləri olan pasiyentlərin kurortda müalicəsi üçün əks göstərişlər:

1. Keçiciliyin pozulması ilə qida borusu, mədə və bağırsağın yara yeri daralmaları.

2. Mədə çıxacağı stenozu, mədə xorasının bədxassəli dəyişikliyi şübhəsi.

3. Mədə polipozu.

4. Xoralı enterokolit.

5. Öd yollarında aktiv infeksiyanın mövcudluğu və tez-tez tutmaların baş verməsi ilə öd daşı xəstəliyi.

6. Assit və ya sarılıqla sirroz, habelə, bütün sarılıq növləri.

 

III. Uroloji patologiyası olan pasiyentlərin kurortda müalicəsi üçün əks göstərişlər:

1. Böyrək çatışmazlığının kəskin halları ilə xroniki böyrək xəstəlikləri.

2. Böyrək çatışmazlığı əlamətli nefroskleroz.

3. Böyrək çatışmazlığı halları ilə hidronefroz, polikistoz.

4. Gecikmiş mərhələdə olan ödemli və azotemiyalı böyrək amiloidozu.

5. Cərrahi yolla götürülməsi tələb olunan daşların mövcudluğu ilə sidik daşı xəstəliyi.

6. Urerta strikturası.

7. Kəskin urodinamika pozuntulu II-III dərəcəli prostat vəzisi adenoması.

8. İstənilən mənşəli makroskopik hematuriya.